Xərçəng xəstəliyinə qalib gələn aktrisa-aparıcı Zümrüd Qasımova sosial şəbəkədə hər kəsi kövrəldən paylaşım edib.
MilliYol.Az xəbər verir ki, o, xəstəliyə yoluxan zaman çəkilən videonu paylaşıb, xərçənglə bu cür mübarizə apardığını qeyd edib:
“Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu görüntüdə 6 dəfə kimyəvi terapiya qəbul etmişdim. Arıqlayıb 47 kiloqram olmuşdum. Saçlarım və qaşlarım tamamilə tökülmüşdü. Buna baxmayaraq, yeni paltar tikdirmişdim ki, zövqlü görünüm. Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir”.
MilliYol.Az
Digər xəbərlər
loading...