Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.
MilliYol.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, avqustun 15-də hərbçilər Camalov Elman Hüseyn oğlu, Əbilov Əbülfəz Əbülfət oğlu, Hüseynov Cavanşir Ərşad oğlu, mülki şəxs Şirinov Tahir Şirin oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
Həmçinin hərbçi İbrahimov Camaləddin İbad oğlu Bakı şəhəri, Suraxanı rayonu Əmircan kəndində dəfn olunacaq. Digər hərbçi Yarıyev Qənbər Teymur oğlu isə Salyan rayonu Şəhidlər Xiyabanında dəfn ediləcək.
Mülki şəxs Zeynalova Təranə (Əsmayə) Davud qızı sabah Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.