Abşeron rayonunda avtomobillərin hərəkəti üçün ayrılan yolda evlər inşa edilir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət rayonun Məmmədli qəsəbəsi, Zülfi Adıgözəlov küçəsindəki avtomobil yolundan gedir.
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumların ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə rəyləri var, amma buna əhəmiyyət verən yoxdur.
Onların sözlərinə görə, rieltorlar yolu zəbt edib və evlər inşa edirlər. Odur ki, ərazidə avtomobillərin hərəkətinə yer qalmır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə bildirilib ki, qeyd olunan ünvanda aparılan tikinti işlərinə heç bir icazə sənədi verilməyib. Əraziyə baxış keçirilib və aparılan tikinti işlərinin dayandırılması ilə bağlı tapşırıq verilib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Ətraflı süjetdə: