"Hərdən müxtəlif çıxışlar olur. Biri deyir cənab prezident vitse-prezidentləri mart ayında təyin edəcək. Sən münəccimsən, yoxsa prezident vitse-prezident vəzifəsində kimi, nə vaxt təyin etməklə bağlı səndən məsləhətmi alır? Bu, prezidentin konstitusion səlahiyyətidir. Nə vaxt istəsə, o vaxt təyin edə bilər. Digər məsələlər də eləcə”.
Bunu millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, hökumətin formalaşması prezidentin səlahiyyətinə daxildir. Prezident seçiləndən sonra hökumət buraxılır, yenidən formalaşdırılır: "Kimi məsləhət bilirsə, vəzifəsində saxlayır, başqasının yerini dəyişir, yaxud məsləhət bilmədiyi adamı heç təyin etmir. Görürsən biri durub deyir ki, komanda dəyişməlidir. Sənin komandaya nə iradın var? Mən həmişə onun tərəfdarı olmuşam ki, konkretlik olsun. Yəni bu sahə zəifdir, işləmirsə, açıq deyilsin. Ümumi götürəndə işləyənlə işləməyənin haqqı bir-birinə qarışır. Elə sahə var ki, ümumiyyətlə, işləmir, heç onun adını çəkmirlər. Ancaq elə sahə də var, işləyir, qəsdən onu vurmağa çalışırlar ki, bu, niyə işləyir?”.
S. Novruzov deyib ki, bəzi adamlar yeni taktika seçiblər: "Prezidenti tərifləyək və bundan özümüzə qalxan yaradaq, yerdə qalanları tənqid edək. Mən də dedim ki, konkret sahədən danışın, ad-soyad çəkin, qoy ictimaiyyət də bilsin. Məsələn, hökumətin hesabatı olur, bir naziri tərifləyir, sonra da deyir mən hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Bu da hökumətin üzvüdür də. Bu, köhnə işlənilmiş taktikadır, məlumatımız var. Söhbət ümumi komandanın fəaliyyətindən gedir, ona da nəzarət cənab prezidentdədir. Cənab prezident də kim çalışırsa, onunla əlaqədar qərar qəbul edir, vəzifəsini böyüdür, başqa işə keçirir, çalışmayan haqqında da qərarını verir, vəzifədən azad edir. Hətta korrupsiya və rüşvətlə məşğul olan haqqında da cinayət işi qaldırılır”. (Yeni Müsavat)
MilliYol.Az
Digər xəbərlər
loading...