Xəbər verdiyimiz kimi, dünən Bakı-Sumqayıt yolunun Ceyranbatandan keçən hissəsində iki avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
Qaynarinfo xəbər verir ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.
Hadisə nəticəsində həlak olan Məryəm Ağayeva tələbə imiş. 18 yaşlı gənc Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib.
Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb. Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.
Digər xəbərlər
loading...