Tanınmış tele-jurnalist İlhamiyyə Rza ANS TV-dən ayrılır.
Tanınmış tele-jurnalist İlhamiyyə Rza ANS TV-dən ayrılır. Bu haqda “Gununsesi”nə tanınmış jurnalistin özü məlumat verib. Onun sozlərinə görə, mayın 30-dan etibarən “Nəzər Nöqtəsi” verilişində onu telejurnalist Tofiq Abbasov əvəzləyəcək.
İlhamiyyə xanım ANS-dən sonrakı fəaliyyəti ilə bağlı isə hələlik, heç bir fikir səsləndirməyib.
Xatırladaq ki, ANS-in ən uğurlu layihələrindən biri olan “Nəzər Nöqtəsi” uzun illər ən baxımlı proqramlardan biri olsa da sonradan yayımı dayandırılmışdı. Son aylarda yenidən efirə qayıdan proqramın ən son aparıcısı İlhamiyyə Rza idi. (Gununsesi.info)
MilliYol.Az
Digər xəbərlər
loading...