Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib.
MilliYol.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, vətəndaşların xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir:
"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2 litr olduğu halda bunun gələn il 2,5, 2030-cü ildə isə 3,9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır".
"Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır", - deyə V. Bayramov əlavə edib.