Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
“Qafqazinfo” xəbər verir ki, onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
İdmanxeber.az-ın mlumatına görə, çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri olub.
R.Əliyev evli olub, 3 övladı qalıb.
Digər xəbərlər
loading...