Dünyanın ən güclü məşqçilərinin yeni reytinqi açıqlanıb.
MilliYol.az xəbər verir ki, 500 ən güclü mütəxəssisin yer aldığı siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur.
"Qarabağ"ı çalışdıran mütəxəssis ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib. Hazırda aktivində 1673 xal olan Qurbanov 133-cü yeri tutur.
Siyahıda Azərbaycanda çalışan 3 əcnəbi mütəxəssis də yer alıb. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cü yerdə qərarlaşıb. Rusiyalı mütəxəssis bir pillə irəliləyib.
Millimizin baş məşqçisi Fernando Santos 184-cüdür. Portuqaliyalı mütəxəssisin akticində 1624 xal var cə bir pillə geriləyib.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk isə 423-cü yerdə qərarlaşıb. Mövqeyini qoruyan ukraynalı mütəxəssosin 1481 xalı var.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir - 2240 xal.