Oksfordda iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.
MilliYol.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.
12.50
Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib.
MilliYol.az xəbər verir ki, dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.
11.50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
MilliYol.az xəbər verir ki, bu barədə Prezidentin Mətbua xidməti məlumat yayıb.