Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Apasport.az saytının məlumatına görə, AFFA 2018/19 mövsümünün həlledici görüşü ilə bağlı UEFA-ya müraciət edib.
Qurum Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etməsində maraqlıdı.
2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib.
Qitənin ən nüfuzlu klub turnirinin finalına Bakı Olimpiya Stadionu ilə yanaşı İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin Metropolitano stadionu final arzusundadı.
Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu matça Bakı ilə yanaşı, Tiflisdə “Dinamo Arena” (Gürcüstan), Frankfurtda eyniadlı stadion, Ştutqartda “Arena Ştutqart” (hər ikisi Almaniya), Qlazqoda “Hampden Park” (Şotlandiya), Sevilyada “Ramon Sançes Pisxuan” stadionu (İspaniya) və İstanbulda “Beşiktaş Arena” (Türkiyə) da namizəddi.
Qeyd edək ki, final oyunlarının ev sahibinin adına bu il sentyabrda aydınlıq gələcək.
MilliYol.Az
Digər xəbərlər
loading...