Milli Məclisin bitərəf deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Milliyol.az-ın məlumatına görə, o, 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq.
"Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq”,- deyə Zahid Oruc bildirib.
Qeyd edək ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc 2020-ci ildə keçirilən parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. O, seçkidə 69.4 faiz səs toplamışdı.
Digər xəbərlər
loading...