"Neftçi" klubu yeni transferini açıqlayıb.
MilliYol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.
28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ramil karyerası ərzində Rusiyanın "Zenit", "Rubin", "Krılya Sovetov", "Dinamo" (Moskva), Türkiyənin "Trabzonspor", "Kocaelispor", Slovakiyanın "Jilina", Tailandın "Buriram United", Azərbaycanın "Qarabağ" və "Sabah" klublarında çıxış edib. O, Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib və 2016-cı ildən Azərbaycanın əsas millisinə çağırılır.
28 yaşlı hücumçu "Zenit"lə Rusiya, "Jilina" ilə Slovakiya, "Qarabağ"la Azərbaycan (2 dəfə) çempionluğunu qazanıb. "Qarabağ"ın heyətində Azərbaycan Kubokuna da sahib çıxan futbolçu 2022/23 mövsümündə Premyer Liqanın bombardiri olub.
O, 2013-cü ildə Rusiya U-17-si ilə Azərbaycan çempionluğuna sahib çıxıb.