İyunun 29-u və 30-u Baku Flame Towers, Fairmont hoteldə keçirilən Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib...
Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. KonqresAzərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunmuşdur .
“Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunmuşdur. Beləki, Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi, buruna Dolğu Botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər ələ alınaraq müzakirə olunmuşdur. Konqresin 1 -ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən -Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur. Konqresmizdə dünyaca məşhur Professor Eren Taştanilk dəfə Azərbaycanda RİNOPLASTİKA FƏLSƏFƏSİ VƏ CANLI CƏRRAHİYYƏ KURSU verib. O, Rinoplastika əməliyyatını bütün incəlikləri haqda çıxış etmiş və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənmişdir.
Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur Universitet və klinikalarında tədris verən professor-müəllim heyəti tərəfindən həyata keçirilən konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşmüşlər. Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları bütün detallarıyla anladaraq masterklass verib.
Milliyol.az