Havayı vulkanı Sakit okeanın suyunu qaynadıb.
ABŞ-ın geoloji xidməti Havay adasında Kilauea vulkanının püskürmə anının videosunu yayıb. Həmin vulkanın lavasının Sakit okeana axdığı bildirilib.
Lavanın bərk qızmış axını ilə suyun birləşməsi hündür buxar buludu yaradır. Bəzən onun hündürlüyü 30 metrə qədər yüksəlir.
Kilauea Havay adasının ən aktiv vulkanlarından biri hesab edilir. Son 30 ildir o daim püskürür, lakin son illər daha da intensiv olub.
Ötən il may ayında vulkan lavasının həcmi o qədər çox idi ki, sahil xətlərinə qədər çatmışdı.(Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...