Bu il fevralın 1-nə Azərbaycanın qızıl ehtiyatı 22 ton təşkil edib
Ümumdünya Qızıl Şurası (WGC) xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə ehtiyatların eyni səviyyədə qalması deməkdir.
Lakin qızılın ümumi valyuta ehtiyatlarındakı payı 0,3 faiz bəndi azalıb. Hazırda Azərbaycanın qızıl ehtiyatları onun ümumi beynəlxalq ehtiyatlarının 12,5%-ni təşkil edir və bu göstəriciyə görə ölkə dünya miqyasında 60-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib ki, Azərbaycan ötən ilin oktyabr ayında 4,2 ton qızıl satıb. Bu, ölkənin ümumi valyuta ehtiyatlarının 14,39%-i qədər olub.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatlarının həcmi 30,17 ton olub. IMF isə bu rəqəmin 29,182 ton olduğunu bəyan edib.
Qızıl ehtiyatlarının həcminə görə, dünyada ilk üçlükdə ABŞ, Almaniya və IMF qərarlaşıb. ABŞ-ın 8 133,5 ton, Almaniyanın isə 3 377,9 ton qızıl ehtiyatı var. Bu da müvafiq olaraq onların ümumi ehtiyatlarının 73,8% və 67,6%-ni təşkil edir. Sonuncu yerdə isə Salvador qərarlaşıb ki, onun da cəmi 1,4 ton qızıl ehtiyatı (ümumi ehtiyatının 1,6%-i) var.
WGC-nin ötən il üzrə açıqladığı hesabata görə, Azərbaycan qızıl ehtiyatlarını azaldan ölkələr sırasındadır. Bu siyahıda Azərbaycanla yanaşı Venesuela, Argentina və İordaniya da var.
MilliYol.Az
Digər xəbərlər
loading...