COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz vermək tezdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
Nazir müavini bildirib ki, təşkilati məsələlər və hazırlıqlar vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir.
"Bütün işləri vaxtında çatdıracağıq", - deyə o əlavə edib.
COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən nazir müavini bu məsələ ilə bağlı münasib bildirməyin Nazirlər Kabinetinin səlahiyyətində olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.
Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.