15 iyun - Milli Qurtuluş Günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mizəağa Əliyev adına mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub..
Hesabat konserti Azərbaycanın ərazi bütövlüyünə həsr olunub.
Konsertdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Azərbaycanın bölgələrinə xas olan 15 fərqli rəqs nömrəsi nümayiş olunub. Səhnədə biri-birinin ardınca rəngarəng rəqs kompozisiyaları tamaşaçılarda yüksək əhvali-ruhiyyə yaradıb.
Konsertin sonunda ansamblın bədii rəhbəri Cavid Məmmədov çıxış edərək, hesabat konserti ilə bağlı fikirlərini bölüşüb.
Konsert proqramı rəqs sevənlər tərəfindən alqışlarla qarşılanıb.
MilliYol.Az