Əməkdar artist Sevda Ələkbərova efirlərdə gec-gec görünməsinin səbəbini açıqlayıb
Musavat.com saytına açıqlama verən sənətçi bildirib ki, getdiyi proqramları xüsusi ilə seçir:
“Hər gün efirə çıxmıram. Getdiyim verilişlərin həmişə öncədən mövzusu və qonağı ilə maraqlanıram. Mənə uyğun olmayan proqrama çıxmıram. Lakin inanıram ki, getdikcə proqramlar yaxşı olacaq. Televiziya işçiləri bunun üçün çalışırlar, yeniliklər edirlər. Narazıyam demək çox asandır. İnsanın könlünü qırmağa nə var ki, onun yerində olmaq isə çətindir. Televiziyamızda səviyyəli proqramlar çoxdur".
İfaçı yeni yaradıcılıq işlərindən də bəhs edib: “Sənətimlə məşğulam.Boş vaxtım olmur. Tən il də "Səs Azərbaycan"a məni münsif kimi çağırmışdılar. Vaxtım olmadığına görə imtina etdim. Deyə bilmərəm ki, baxmışam. Amma qonaq kimi iştirak etmişəm. Hazırda yeni mahnı üzərində çalışıram. Hər zaman gec-gec ifa olunan mahnılara müraciət etmişəm. Bu dəfə isə çox məşhur mahnını oxumuşam.Mahnının adını açıqlamaq istəmirəm, amma deyə bilərəm ki, klip çəkdirəcəyəm".
S. Ələkbərova xeyli kilo verdiyi üçün ona irad bildirənlərə də cavab verib: “İstədiyim çəkidəyəm. Artıq pəhrizi dayadırmışam. Bundan sonra çalışacağam ki, əvvəlki çəkiyə qayıtmayım. Kilo verməyim insanlara stimul verir. Özüm də həvəslənirəm ki, gözəl geyinim. Artıq düşünmürəm ki, bu gün hansı paltarı geyinim? Hər bir qadın pəhrizlə arıqlaya bilər. Bunu artıq neçə ildir bacım da deyir. 3 ay üzgüçülük ilə məşğul olmağım da buna kömək etdi".
MilliYol.Az
Digər xəbərlər
loading...