Yevgeni Qriqoryev
NG.ru, 02.02.2017
AFR kansleri fevralın 3-də AB-nin qeyri-formal sammitinin baş tutacağı Malta paytaxtı La-Valettaya gəlməzdən öncə dünən prezident Rəcəb Tayib Ərdoğanla danışıqlar üçün Türkiyəyə uçub. Aşkar şəkildə çox təcili səfərdir. Almaniya-Türkiyə münasibətləri hazırda tarazsızlıqdan daha pis durumdadır.
Merkel AB-nin Türkiyə ilə münasiətlərinin sazlanmağında əsas sima idi. İndi isə məlum olur ki, Britaniya baş naziri Tereza Meyin timsalında onun rəqibi var. O, kansleri təkcə Vaşinqtona səfərlə qabaqlamayıb, həm də Ankaraya baş çəkib, əməkdaşlığın genişlədirilməsi haqda Ərdoğanla razılığa gələrək uğurlu danışıqlar aparıb. Nəticə – TF-X döyüş təyyarəsinin birgə istehsalı haqda 100 milyon funtluq sazişdir. “Bu, adi ticarət sazişindən daha böyük məsələdir”, – deyə Tereza Mey şərh edib.
Almanları AB siyasətinin Türkiyə yönündən başqa Ankaranın və şəxsən Ərdoğanın bu ölkədəki üç milyonluq türk diasporasına təsiri son dərəcə narahat edir. Lakin AFR hökumətini bu aşkar fakt daha çox qane etmir ki, mühacirət məsələsində həlledici amil kimi Türkiyəyə güvənməyi ciddi sapıntılar verir.
Keçən ilin martında bağlanmıış AB-Türkiyə sazişi praktik olaraq işləmir. Mühacir axınının azalması başlıca olaraq bölgənin uyğun ölkələri tərəfindən “Balkan marşrutu”nun bağlanması ilə təmin olunub. Türkiyə ilə Merkelin irəli sürdüyü saziş isə bununla qürrələnə bilməz. Məlum olduğu kimi, saziş Türkiyə üçün 3 milyad avronun əvəzində nəzərdə tuturdu ki, Ankara Yunanıstan adalarından çıxardılan qaçqınların qəbulu zamanı suriyalı mühacirləri leqal şəkildə sənədləşdirib AB ölkələrinə göndərə bilər.
Lakin, budur, Welt qəzetinin isnad etdiyi AB-nin lap təzə statistikasına əsasən, sazişin qüvvədə olduğu bütün müddətdə Yunanıstandan Türkiyəyə yalnız 801 qaçqın qaytarılıb. “Əvəzində” isə həmin müddətdə AB ölkələrində 2672 suriyalı, o cümlədən Almaniyada 1060 nəfər leqal şəkildə qəbul edilib. Həm də bunun yarısı AB-Türkiyə sazişinin qüvvədə olduğu ilk iki ay ərzində baş verib.
Bununla belə, yüz muinlərlə qaçqın problemi – özü də terrorizm təhlükəsi ilə çulğaşmaqla – almanlara əzab verməkdədir. Sazişin iflası Merkelin həm daxildən, həm də ABŞ daxil olmaqa ölkə xaricindən tənqidə məruz qalan mühacirət siyasətinin kəsərindən xəbər vermir. Bu, Bundestaqa seçkilər ilində mühafizəkar blok və dördüncü dəfə dalbadal kanslerliyə qulaylanan lideri Merkelin seçki kampaniyasına mənfi təsir edə bilər.
Bu, Türkiyədə qiyamdan sonra Merkellə Ərdoğanın ilk görüşüdür. 40 türk zabiti bu günlərdə siyasi sığınacaq xahişi ilə Almaniyaya müraciət erdib. Yunanıstanla da oxşar əhvalatda olduğu kimi Ankara mütləq onların təhvil verilməyini tələb edəcək. Lakin güman etmək çətindir ki, Merkel buna gedər. Onun səfəri Bundestaqın bütün fraksiyalarının deputatlarının kanslerin danışıqlarda Türkiyədə insan haqlarına əməl edilməsi, mətbuat azadlığı və s. haqda məsələ qaldırmaq bəyanatı ilə müşayiət olunur. Belə ki AB-Türkiyə sazişini bərpa etmək cəhdinin nə qədər baş tutacağını söyləmək çətindir. Lakin AB-Türkiyə sazişinin siyasi konstruksiyası Merkelin mühacir böhranında at gedişi olaraq qalır. O, Berlində Qara qitədən mühacirlərin Avropaya can atdığı “Aralıq dənizi marşrutu”nı basğlamaq ümidilə Liviya daxil olmaqla Şimali Afrika ölkələri ilə sazişlər üçün etalon kimi nəzərdən keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...