ABŞ prezidenti Iranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı "heç nəyin masa üzərindən götürülmədiyini" bildirib
Donald Tramp cümə axşamı Twitterdə yazdığı statuslarda İranla əldə edilən nüvə razılığını tənqid edib. Amerika və dünyanın beş qüdrətli ölkəsi ilə əldə edilən razılıq İranın nüvə proqramını dayandırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.
Tramp İranın bu razılığa görə “şükran” olmalı olduğunu deyib və əlavə edib ki, ölkə dağılmaq ərəfəsində ikən ona milyardlarla dollara çıxış verilib.
Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Flinn İranın ballistik raket buraxılışını pisləyərək, Tehranın 2015-ci ildə Birləşmiş Ştatlar və digər qüdrətli ölkələrlə əldə etdiyi nüvə razılığını hədə altına aldığını deyib.
Təhlükəsizlik müşaviri Mayk Flinn Ağ Evdə müxbirlər qarşısında çıxış edir. 1 fevral, 2017.
Ağ Evdə keçirilən mətbuat konfransı zamanı müxbirlər qarşısında bəyanat verən Flinn keçmişdə Obama administrasiyasının İranın təxribat xarakterli davranışına adekvat şəkildə reaksiya vermədiyini vurğulayıb.
Onun sözlərinə görə İran rejimi ABŞ-a indiyədək sərgilədiyi mövqeyə görə minnətdarlıq göstərmək əvəzinə "özünü qüdrətlənmiş" hiss edir.
“Bu gündən etibarən İrana rəsmən xəbərdarlıq edirik,” deyə Flinn oxuduğu yazılı bəyanatda bildirib.
Flinn İranın “destabilləşdirici davranışını” pisləyərək son raket sınağının BMT Təhlükəsizıik Şurasının qətnaməsinə zidd olduğunu bildirib.
“Obama administrasiyası İranın bəd əməllərinə - o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib,” Flinn bildirib. “Tramp adminstrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyi, firavanlığa və sabitliyə zərbə endirən və amerikalı həyatlarını riskə qoyan bu cür əməllərini pisləyir.”
Səudiyyə gəmisinə edilən hücum Qırmızı dənizdə baş verib.
Bəzi müstəqil ekspertlər Vaşinqtonda baş vermiş dəyişiklikləri nəzərə alaraq İrana ehtiyatla davranmağı tövsiyə edir. Kanadanın Kral Hərbi Kollecində beynəlxalq münasibətlər üzrə professor Huşəng Həsən-Yar Amerikanın Səsinə bildirib ki, Trampın Tehrana xəbərdarlıqları sabiq Prezident Corc W. Buşun ritorikasına oxşardır, və bu yanaşma Obamanın rəftarı ilə təzad təşkil edir.
“Nəzərə alanda ki, Tramp proqnozlaşdırıla bilməz, habelə onun siyasi və hərbi müşavirləri İranın ABŞ və onun müttəfiqlərinə törətdiyi təhlükələr haqda geniş yazıblar, yaxşı olardı ki, İran rəhbərliyi növbəti addımlarını ehtiyatla ölçüb-biçsin,” deyə Həsən-Yar bildirib ("Amerikanın səsi").
MilliYol.Az
Digər xəbərlər
loading...