İranda məhkəmə öz qurbanının üzərinə turşu tökərək bir gözünün kor olmasına səbəb olmaqda ittiham edilən qadının bir gözünün çıxarılmasına hökm verib
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə 2015-ci ildə Mahşəhrdə baş verib. İstintaq 2 ilə yaxın davam edib.
Məhkəmənin hökmü ilə bir gözü çıxarılacaq qadın əlavə olaraq zərərçəkmişə kompensasiya ödəməli və 7 il həbs cəzası çəkməlidir.
Qadının gözünün çıxarılması ilə bağlı hökmün icra ediləcəyi dəqiq vaxt qərarda öz əksini tapmayıb. Son söz zərərçəkmişə və onun ailəsinə məxsusdur, belə ki, onlar xahiş edərək, bu cəzanın ləğv olunmasını istəyə bilərlər.
MilliYol.Az
Digər xəbərlər
loading...