Sabah keçiriləcək ölkə kubokunun finalı bütün futbolsevərlər səbrsizliklə gözləyir.
MilliYol.Az xəbər verir ki, "Neftçi"ylə "Qarabağ"ın növbəti qarşılaşması təkcə fəal azarkeşlərin və idman jurnalistlərinin deyil, ölkənin ictimai-siyasi xadimlərinin, eləcə də incəsənət adamlarının diqqət mərkəzindədi. Son həftələrdə qələbələri sıralayan "Neftçi"nin "Qarabağ"a sürpriz edəcəyini düşünənlər olsa da, "Qarabağ"ın kuboku başı üzərinə qaldıracağını düşünənlərin sayı daha çoxdu. Ağdam təmsilçisinin favorit görənlər sırasında tanınmış siyasətçi, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər də var.
İsa bəy "Futbol+"in sorğusuna cavabında uşaqlıqdan "Neftçi"yə azarkeşlik etdiyini gizlətməsə də, hazırda "köhlən atlar"ın güclü olduğunu deyib: "Neftçi" mənim ilk sevgimdi. Amma "Qarabağ" oynadığı futbola və qazandığı nəticələrə görə rəğbət bəslədiyim komandadı. Düşünürəm ki, kubokun finalında 90 dəqiqə 2:2 hesabıyla başa çatacaq. Əlavə 30 dəqiqədə isə qol vurulacağına inanmıram. Penalti zərbələrini daha dəqiq yerinə yetirən qalib gələcək. Hər iki komandanın şansı var, amma "Qarabağ" az da olsa, öndədi".
MilliYol.Az
Digər xəbərlər
loading...