Müğənni Xatirə İslam Novxanıda bağ evini satır.
Bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Sənətçi bildirib ki, 20 sotluq həyətdə yerləşən 3 mərtəbəli villanı hələ də sata bilməyib:
“İşimizlə əlaqədar ərim Fəxrəddin, oğlum Emil, mən özüm də gedə bilmirəm. Yalnız mühafizəçilər orada qalır. Ona görə də bağ evini satmaq istəyirəm”.
Proqramın aparıcısı Zaur Kamalın “Xatirə villanı neçəyə satırsan?” sualına müğənni “Mən belə şeylər haqda danışmaq istəmirəm. Efir bazardır? Başımdan ağrı tutdu. Mən belə şeyləri xoşlamıram” söyləyərək dolayısı yolla bağ evinin qiymətini açıqlamaqdan vaz keçib.
Qeyd edək ki, Xatirə qış aylarında Mərdəkan ərazisində yerləşən yeni bağ evi alıb və orada dostları ilə birgə oğlunun doğum gününü keçirib.//Bizim.Media