Azərbaycanda eyni adama məxsus beş şirkət ləğv olunub.
İqtisadiyyat.az xəbər verir ki, bunlar "Laser Gulf ALQ", "Laser Gulf Industrial Services", "Khazar Energy", "Laser Gulf Fabrication AZ" və "Laser Gulf Engineering AZ" şirkətləridir.
Sözügedən şirkətlər ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini həmin şirkətlərin eyni məkanda yerləşən hüquqi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkətlər 2017-2019-cu illərdə yaradılıb. Şirkətlərin hər birinin qanuni təmsilçisi Cəfərova Aytac İlham qızıdır.
Xatırladaq ki, Azərbaycanda sahibkar qadınların 25,4 %-i kənd təsərrüfatı, 21,5 %-i ticarət, 35,3 %-i isə xidmət sektorunda fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin 2024-cü ilin may ayına olan məlumatına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 300 mindən çox olub.