Xocalı rayonunun tabeliyinə iki məktəb verilib.
"Report"un əldə etdiyi məlumata görə, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.
Belə ki, “Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb” sözləri “Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi” sözləri ilə əvəz edilib.
Bundan başqa “Şuşa rayonu Quşçular kənd tam orta məktəb” bundan sonra “Xocalı rayonu Quşçular kənd tam orta məktəbi” adlandırılıb.
Ağdərə rayonunda isə beş məktəbi yenidən bərpa olunur.
Siyahıya aşağıdakı məktəblər əlavə olunub:
- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi
- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi
- Ağdərə rayonu Talış kənd tam orta məktəbi
- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi
- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.
Bundan başqa, “Tərtər rayonu Talış kənd uşaq bağçası” sözləri “Ağdərə rayonu Talış kənd uşaq bağçası” sözləri ilə əvəz edilib.