Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanla hazırki ticarət dövriyyəsinin həcminin tərəfləri qane etmədiyini deyib.
MilliYol.az xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Bakıda geniş tərkibdə görüşündə, Azərbaycan lideri qeyd edib ki, səfər çərçivəsində iqtisadi xarakterli bir neçə sənəd imzalanıb:
“Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək”.