Xəbər verdiyimiz kimi, iyunun 4-də Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının "Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, gecəyə hazırlıqlar davam edir. Konsertin rejissorluğu Nail Naiboğöluna həvalə edilib. O bildirib ki, gecədə tamaşaçılara bir çox sürprizlər ediləcək:
"Biletlərin 80 faizi artıq satılıb. Konsert üzərindən 100 nəfərdən çox heyət çalışır. Möhtəşəm bir gecə olacağına əminik. Şou-biznesin ən sevilən ifaçıları həmin gün səhnəyə çıxacaqlar. Onları 40 nəfərdən ibarək orkestr və 20 nəfərdən ibarət rəqs qrupu müşayiət edəcək. Səhnə, işıq və səs texnikası peşəkarlara həvalə edilib".
Nail əlavə edib ki, gecənin aparıcılığı Leyla Quliyevaya həvalə edilib:
"Gecədə yaşanacaq maraqlı məqamlardan biri isə bu gün dünyada olmayan sənət adamlarının mahnılarını yeni aranjimanda təqdim edilməsi olacaq. Belə ki, İlhamə Quliyevanın repertuarından olan mahnılar səsləndiriləcək. Həmin mahnıları Xalq artisti Mələkxanım Eyubova, Əməkdar artist Fərqanə Qasımova, müğənni Çinarə Məlikzadə oxuyacaq. Mərhum müğənni Elçin Cəlilovun repertuarından "Ayrılıq beləmi olur" mahnısını Əməkdar artist Abbas Bağırov səsləndirəcək".
Konsert üçün səhnə də xüsusi qurulacaq.
Konsertdə Xalq artistləri Mələkxanım Eyubova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Röya Ayxan, Əməkdar artistlər Mətanət İsgəndərli və başqaları iştirak edəcəklər. Əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Dilarə Kazımova, Elnur Hüseynov və Pərviz Abdullayev ilk dəfə Xanım İsmayılqızının bəstələrini oxuyacaqlar.
Sənətçiləri səhnədə Nərgiz Əliyevanın rəhbərlik etdiyi Royal Strinq Orkestrı və drijor Mustafa Aşurov müşayiət edəcək.
Konsertin rejissoru Nail Naiboğlu, informasiya dəstəyi isə Axşam.az saytıdır.