NATO Rusiya təhlükəsinin ciddiliyinin fərqinə vararaq onunla sərhəd olan üzv dövlətlərin müdafiəsi üçün tədbirlər görməyə başlayıb
MilliYol.Az Musavat.com-a istinadən xəbər verir ki, Litvada yeləşən Rukla hərbi bazasına Bundesverin (Almaniya ordusu-red.) 450 əsgəri ilə birlikdə 190 zirehli texnika, o cümlədən “Leopard-2” ağır tankları və “Marder” tipli PDM-lər gətiriləcək.
İsveçrənin “Tageszeitung”qəzetini yazdığına əsasən, Almaniya ordusuna Belçika, Norveç, Niderland və Lüksemburq hərbçiləri də qoşulacaqlar.
Ümumilikdə Almaniya komandanlığı altında 1000 əsgərin olması gözlənilir. Eyni zamanda NATO Estoniya, Latviya və Polşada 3 analoji döyüş qrupu yaradacaq.
Tabor komandiri, polkovnik-leytenant Lars Obstın sözlərinə görə, qoşunların dislokasiyasından sonra alman hərbi qulluqçuları öz xarici partnyorlarına, o cümlədən litvalı hərbçilərə xüsusi təlim və hazırlıq keəcəklər.
Almaniya ordusunun komandanlığından verilən məlumata görə, hərbi təlimlərin əsas məqsədi “əks həmlələrlə düşmənin irəliləməsini ləngitmək” yollarının məşq edilməsindən ibarətdir. Bunun üçün alman hərbçilər 2016-cı ilin dekabrında Qrafenver şəhərində xüsusi təlim də keçiblər.
Qeyd olunur ki, hələ NATO-nun Varşava sammitindən öncə də ABŞ-ın analitik Rand Corporation şirkəti Baltikyanı ölkələrə mümkün hücumla bağlı bənzər ssenarini sınaqdan keçirmişdi.
İndiki ssenaridə isə Rusiyanın Baltikyanı dövlətlərə olduqca yaxşı təlim keçmiş, texnika ilə təchiz olunmuş hərəsində 1000 əsgər olmaq üzərə, 27 taborla qəfildən hücum variantları işlənib hazırlanıb.
Bildirilir ki, Baltikyanı dövlətlər Rusiyaynın mümkün təcavüzünə qarşı olduqca pis silahlanmış, tankı olmayan 12 tabor çıxara bilərlər.
Ekspertlərin gəldiyi qənaətə görə, Rusiya hakimiyyəti istəsə Tallin və Riqanı 60 saat içərisində ələ keçirə bilər.
Əks tədbir kimi hərbi analitiklər regiona hər birində bir neçə min əsgər olmaqla 7 xüsusi hazırlanmış briqadanın yerləşdirilməsini təklif edir.
“Rand Corporation” bu briqadaların rus ordusunun hücumunun qarşısını almaqa yetərli olmadığını göstərsə də, hər halda müəyyən vaxt qazandırmağa imkan verəcəyini bildirib.
NATO analitiklərinə görə, bu Rusiya tərəfinə böyük itkilər vermək baxımından onların hücum etməkdən çəkinməsinə gətirib çıxara bilər.
Lakin bəzi ekspertlər bu cür dislokasiyanın risk daşıdığını da qeyd edirlər.
Onların rəyinə əsasən qoşunların yerləşdirilməsi münaqişəni sakitləşdirmək və Rsuiyanı çəkindirmək əvəzinə daha da dərinləşdirə bilər.
“Hibrid müharibəsi dumanında NATO qoşunlarının gəlməsi regionda rusdilli milli azlıqların qiyamını özü ilə bərabər gətirə bilər”, Sürix universitetinin politoloqu Martin Tsapfe bildirib.
NATO təkcə quruda deyil, dənizdə də iştirakını gücləndirmək istəyir.
“NATO Qara dəniz regionunda quruda, dənizdə və havada müdafə mövqelərinin qurulmasında final mərhələyə gəlib çatıb”, Newsweek jurnalında Damien Şarkov yazır.
Şimlai Atlantika MüqaviləTəşkilatının baş katibi Yens Stoltenberq Bolqarıstanın bu yaxınlarda seçilən prezidenti Rumen Radevlə görüş zamanı Alyansın bölgədə aqressiv davranmayacağını, lakin Rusiyanın Qara dəniz limanlarında güclənməsinə qarşı məcburi tədbirlər həyata keçriləcəyni söyləyib.
Stoltenberqin sözlərinə görə, Qara dəniz bölgəsində hərəkat planı NATO-nun müdafiə nazirlərinin fevralın 15 və 16-da keçiriləcək keçiriləcək toplantısında qəti olaraq təsdiq ediləcək.
Mətbuat Alyansın bölgədə Rumıniyanın komandanlığı altında çoxmillətli briqada yerləşdirmək niyyətində olduğunu bildirir.
Qərb KİV-ləri bu yaxınlarda Rusiyapərəst Sosialist partiyasının dəstəyi ilə prezidentin seçilən Radevin də NATO-ya açıq dəstək verdiyini xüsusilə qeyd edib.
Bolqarıstan prezidenti NATO-nun 2014-cü ildən bəri tələb etdiyi kimi ölkə ÜDM-nin 2%-nin müdafiə xərclərinə ayıracağına da söz verib.
MilliYol.Az
Digər xəbərlər
loading...