“Müəllif Hüquqları Uğrunda” İctimayi Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bəstəkar İlham Azmanlının “Ömrün 60 səhifəsi” adlı yaradıcılıq gecəsi keçirildi.
Bəstəkarın sənətinə dəyər verən və onun yaradıcılığını dəstəkləyən incəsənət xadimləri, tələbə yoldaşları və musiqisevərlər tədbirdə aktiv iştirak edərək səmimi və maraqlı abu hava yaratdılar.
Tədbirin rəsmi hissəsində Az.Bİ, Az.YB və Az.JB-nin üzvü, Gənclər mükafatçısı, Prezident təqaüdçüsü Aysel Kərim, və Ap.Bİ-nın üzvü, AR Xalq artisti Azərbaycanın Fəxri Mədəniyyət işçisi, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin üzvü Sərdar Fərəcov çıxış edərək yubilyarı təbrik etdilər.
Daha sonra İlham Azmanlının çoxşaxəli yaradıcılığının bir hissəsi, instrumental əsərlər – royalda Respublika və Beynəlxalq müsabiqələr laureatı İnci Azmanlı, skripkada Respublika və Beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə, klarnetdə Beynəlxalq müsabiqələr laureatı Məmməd Rəcəbli, fortopianoda Afaq Qarayeva, Resbublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Azmanlının və eləcə də mahnı janrlarında yazdığı bəstələr Respublikanın Xalq artisti Eyyub Yaqubov və Eyyubxan Təbrizlinin ifasında tamaşaçılara yüksək peşəkarlıqla təqdim olundu.
Gecədə dəyərli sənətkarımız Akif İslamzadə, əməkdar artist Zakir Mirzəyev, bəstəkar, Az.Resp. Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, bəstəkar Elçin İmanov, bəstəkar, Respublikanın Əməkdar İncəsənət xadimi Az.Bİ -nın və MHUİB-ini üzvü professor Məmmədağa Umudov, Əməkdar İncəsənət Xadimi, Az.Bİ -nin üzvü, professor Akif Quliyev, Musiqişünas-pedaqoq, Az. Resp-nın Əməkdar İncəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Az. Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova, rejissor ,Əməkdar mədəniyyət işçisi Əli Usubov, Şair, tərcüməçi,esseist, AYB-nin üzvü və beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katib Səlim Babullaoğlu, yazıçı, şair, publisist Həmid Herisçi, Az.Bİ-nin üzvü ,Az.Resp-nın Əməkdar artist Vüqar Camalzadə, Vaqif Əsədov və bir çox dəyərli şəxslər iştirak edirdilər.Tədbirin aparıcısı “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İctimai Əlaqələr üzrə mütəxəssisi Ayla Qafqazlı çıxışında tamaşaçıların nəzərinə çatdırdı ki, bəstəkar İlham Azmanlının əsərləri 1983-cü ildən etibarən müxtəlif vaxtlarda Bakı, Gəncə, Moskva, Sankt-Peterburq, Kiyev, Vilnyus, Almatı, Roma, Amsterdam, Hamburq, Paris, İstanbul və Ankara kimi şəhərlərdə ifa olunmuşdur. O, Fransa Bəstəkarlar Assosiasiasının vəkalətilə Ümumdunya Müəllif Hüquqları Assosiasiasının üzvüdür və bəstəkarın müəlliflik hüquqları bütün dünyada və kosmik məkanda qorunur.
Sonda yubilyar onun yaradıcılığına böyuk dəyər verən “Ömrün 60 səhifəsi” adlı yaradıcılıq gecəsinin təşkilatçıları Müəllif Hüquqları Uğrunda İctimayi Birliyinnin bütün heyətinə və xüsusilə birliyin sədri Az.Resp-nın Əməkdar artisti, Az.Bİ-nın üzvü, Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Direktoru Gövhər Həsən-zadəyə, “YAZ Media Group”-a və eləcə də bu əziz gündə onu tək qoymayan bütün həmkar və dostlarına dərin minnətdarlığını bildirdi.