Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova qurumun rəsmi saytına müsahibəsində ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsindən danışıb.
MilliYol.az-ın xəbərinə görə, o deyib ki, Bakının inkişaf konsepsiyasında bu məsələ var.
"Səhv etmirəmsə, inkişaf konsepsiyası 25 il üçün nəzərdə tutulub. Bu proses mərhələli şəkildə görülə bilər. Mən desəm ki, sabah hansısa universitet harasa köçürülür, hazırda belə bir məsələ yoxdur. Bu gün üçün əsas layihə Qarabağ Universitetinin hazırlanmasıdır.
Böyük hədəf qoyulub, o hədəfə doğru gedirik və tədris prosesi sentyabr ayından başlamalıdır. Bu yaxınlarda cənab nazir də açıqlamışdı ki, Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi bina haqqında da məlumat veriləcək. Yəni hələlik gündəmimizdə bu məsələlər var. Amma digər universitetlərin köçürülməsi bu gün üçün aktual deyil", - deyə direktor qeyd edib".