Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib.
MilliYol.az oxu.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. O, bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilmişdi.
Nazirin digər əmri ilə həmin vəzifəyə Nazim Hacıyev təyin edilib.
loading...