Antalyanın Muratpaşa rayonunda yerləşən özəl bir poliklinikada diş həkimi işləyən 32 yaşlı qadın Azad Ö. dünən 21.40-da yaşadığı 11 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atıb.
Milli.Az xəbər verir ki, səsi eşidən ətrafdakılar hadisə yerinə getdiklərində qadını yerdə görüncə dərhal vəziyyəti təcili tibbi yardım və polisə bildiriblər. Sağ qaldığı məlum olan qadın dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Polis qrupları 1 il əvvəl həyat yoldaşından boşanan diş həkiminin evində araşdırma aparıblar. Hadisənin olduğu əsnada evdə olduğu məlum olan kişi tanışının nəzarətə alındığı deyilir. Diş həkiminin 5-ci mərtəbədəki evinin eyvanı və düşdüyü yerdə araşdırma aparan müstəntiqlər hadisənin intihar və ya cinayətə təşəbbüs ola biləcəyi ehtimalı üzərində dayanır.
Səsi eşidən kimi hadisə yerinə ilk gələnlərdən olduğunu söyləyən market sahibi Ümid Bulak hadisə anında yaşananları izah edib. Yerdə uzalı gənc qadının hərəkət etdiyini, hətta danışdığını, ancaq şüurunun yerində olmadığını söyləyən Bulak: "Dükanımızda idik, bir səs eşitdik. Qapını açanda təcili yardımın gəldiyini gördük. Təcili yardımın getdiyi yerə istiqamətləndiyimizdə həyətdə bir qadının uzalı olduğunu gördüm. Vəziyyəti ağır idi. Əvvəl kim olduğunu anlaya bilmədim, sonradan baxdım ki, qonşumuz 5-ci mərtəbədən özünü atıb. Danışırdı, amma şüuru yerində deyildi. Oraya necə yıxıldın soruşduqda bizə: "Avtomobillə qəzaya düşdüm, ayaqlarım ağrıyır", - dedi. Sonradan anladıq ki, özünü atıb".
2 uşaq anası olan həkimin həyati təhlükəsinin olduğu öyrənilib. Polisin hadisəylə əlaqədar istintaqı davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...