Türkiyədə mənzil alan azərbaycanlıların sayı açıqlanıb
MilliYol.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, statistikaya görə, 2015-ci ildə Azərbaycandan olan iş adamlarının sahib olduqları mənzillər 127.172 kv metr - 864 daşınmaz əmlak təşkil edib. Azərbaycan bu göstərici ilə qonşu ölkəyə yatırım edən xarici investorlar arasında 9-cu yerdə qərarlaşıb.
2015-ci ildə Türkiyədə ən çox daşınmaz əmlak sahibi olanlar Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Bu investorlar ümumilikdə 1.445.589 m² ile 2.292 mənzilə sahib olublar. Növbəti yerlərdə İngiltərə, Küveyt, Almaniya, Qətər, İraq, ABŞ, Rusiya, və BƏƏ qərarlaşıb.
2016-cı ilin statistikasına görə, alınan mənzillərin sayında azalma olsa da, ümumilikdə alınan daşınmaz əmlakın kvadrat metrinə görə Azərbaycan ilk 10 ölkə arasında 5-ci yerdədir. Belə ki, ötən azərbaycanlılar Türkiyədə 280.247 kv metr, yəni 724 daşınmaz əmlaka sahib olublar.
Birinci yerdə 782.674 kv metr daşınmaz əmlakla yenə də Səudiyyə Ərəbistanı gəlir. Növbəti yerləri isə Almaniya, İngiltərə, Küveyt, İraq, Rusiya, Livan, Şimali Kipr və Əfqanıstan bölüşdürür.
Araşdırmalara görə, xarici investorların son iki ildə Türkiyədə reallaşdırdıqları bütün daşınmaz əmlak alışları 2016-ci ildə 2015-ci ilə müqayisədə alış sayında 6,7%, alqı-satqı əməliyyatlarında isə 14,3% azalma olduğun müəyyənləşib.
Ən çox daşınmaz əmlak alınan şəhərlər isə Muğla, İstanbul, Antalya, Bursa, Kocaeli, Yalova, Adana, Aydın, Sakarya və Samsundur.
MilliYol.Az
Digər xəbərlər
loading...