Son günlərin ən çox müzakirə edilən layihəsi "Alatava” ilə bağlı qərar verilib.
Serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmayıb. Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən tənqid atəşinə tutulub.
Onların çıxışları isə özü ilə birgə yeni bir qalmaqalın təməlini qoyub. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar veriblər.
Ötən günlərdə İTV Yayım Şurası toplantı keçirib.
Olay.az-ın əldə etdiyi məlumata görə, iclasdan sonra "Alatava”nın "YouTube” platformasında iki versiyada yayımına qərar verilib.
Serialın yayımlanan sonuncu 4-cü bölümünə həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.
Digər xəbərlər
loading...