Trump və komandası güclü dollara dair açıqlamalarını davam etdirir
“Marja” xəbər verir ki, dünən Trumpın baş ticarət müşaviri Almaniyanın zəif avro ilə ticarət tərəfdaşlarını istismar etdiyini və “Avronun örtüklü bir Alman markı olduğunu” bildirməsindən sonra, Trump Çin və Yaponiyaya qarşı ittihamlar irəli sürüb.
ABŞ Prezidenti Donald Trump, Amerikan dərman istehsalçıları ilə keçirdiyi iclasda digər ölkələrin yerli valyutalarının dəyərlərini aşağı salaraq (devalvasiya edərək) kommersiya üstünlüyü əldə etdiklərini deyib. Trump, “Çin və Yaponiya valyuta bazarı ilə oynayır” – deyib və əlavə edib:
“Biz də orada bir kukla kimi otururuq”
“Pulumuz çox dəyərlidir, bu bizi öldürür”
Xatırladaq ki, bundan əvvəl “Wall Street Journal”a (WSJ) müsahibə verən Donald Trump, ABŞ-ın pul vahidi Dolların, Çinin öz valyutasının dəyərini aşağı saxlaması səbəbilə onsuz da “çox güclü” olduğunu demişdi.
“Bizim şirkətlərimiz onlarla rəqabət apara bilmirlər, çünki pulumuz çox dəyərlidir. Və bu bizi öldürür”.
MilliYol.Az
Digər xəbərlər
loading...