MilliYol.Az AzPolitika.info-ya istinadla xəbər verir ki, Hollivudun iki nüfuzlu həmkarlar təşkilatı ABŞ Prezidenti Donald Trampın «immiqrasiya fərmanı»nı tənqidə məruz qoyublar
Bu barədə yerli KİV-lər xəbər veriblər.
Amerika rejissorlar Gildiyası rəhbərliyinin bəyanatında deyilir ki, «ixtiyari yaradıcı xadim mənşəyindən, inancından və cinsindən asılı olmyaraq, öz işini (məhsulunu – red.) nümayiş etdirmək üçün ABŞ-a gəlmək imkanına malik olmalıdır».
Analoji bəyanatla, 160 min ifaçını özündə birləşdirən Amerika radio və televiziya federasiyası kino aktyorları Gildiyası çıxış edib.
Onlar «cinsindən irqindən, inancından, fiziki əlamətlərindən, seksual oriyentasiyasından və yaşayış yerindən asılı olmayaraq, hər kəsin imkanlarına bərabər şəaitin yaradılması»na çağırıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...