Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun "SOCAR Türkiyə" şirkətində işə düzəlməsi barədə məlumatlar yayılıb.
MilliYol.az Modern.az-a istinadən xəbər verir ki, partiya lideri sayta açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını bildirib.
“Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, "SOCAR Türkiyə"də işləmir”, - E.Məmmədov deyib.
Qeyd edək ki, Etibar Məmmədovun 2 oğlu, 1 qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir. Kiçik oğlu Ayxan Məmmədov isə AMİP Gənclər Təşkilatının sədridir.
Digər xəbərlər
loading...