Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov müəllifi olduğu mahnını gitara ilə ifa edib.
İstiPress-in "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, Berdımuhəmmədov təbii qazdan benzin istehsalı üzrə qaz-kimya kompleksinin tikintisinə nəzarət etmək üçün Axalski vilayətinə gedib. Prezident səfər zamanı tikintidə çalışanlarla görüşüb bə seçkiqabağı proqramı haqda danışıb.
Söhbət zamanı işçilərdən biri gözlənilmədən gitara ilə prezident üçün mahnı oxumaq üçün irəli çıxıb. Bundan sonra prezident Berdımuhəmmədov da gözlənilmədən gitaranı götürərək özünün “Bagt nury” mahnısını oxumağa başlayıb. O, həmin mahnını ilk dəfə bir ay əvvə Yeni il bayramında ifa etmişdi.
Digər məlumata görə, dövlət başçısı 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə qadınlara hədiyyə hazırlayır.
Berdımuhəmmədov bir neçə yeni mahnı bəstələyib.
MilliYol.Az
Digər xəbərlər
loading...