Martın üçündə keçirilmiş buraxılış imtahanlarında 14 nəfərin maksimum nəticə göstərməsi keçid ballarının qalxacağı ilə bağlı ehtimalları gücləndirib.
Ötən eyni imtahanda iştirak edən 52 min nəfərdən yalnız bir nəfər 297 bal toplayıb.
Ümumiyyətlə, buraxılış imtahanlarında qeydə alınan nəticələr qəbul ballarına təsir edə bilərmi?
Təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə deyib ki, əksinə, bu il abituriyentlərin ali məktəblərə qəbul olmaq şansının daha çox olacağı gözlənilir. Çünki plan yerləri artırılır. Bu da balların yüksəlməsinə mane ola bilər.
Ekspert əlavə edib ki, indiki məqamda abituriyentlərin və valideynlərin narahatlığı üçün heç bir əsas yoxdur.
Digər xəbərlər
loading...