Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.
MilliYol.az xəbər verir ki, bu barədə eks-nazirin özü bildirib. O deyib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:
"Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam", deyə sabiq nazir bildirib.
Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə təhsil naziri olub. Sabiq nazir hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitunun direktorudur.
Digər xəbərlər
loading...