"Avro-Asiya İnşaat Korporasiyası - Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) külli miqdarda yığılmış vergi borcunu ödəmir.
İqtisadiyyat.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 2 230 472,39 manat təşkil edir.
Son bir ildə şirkət təxminən 100 min manat civarında vergi borcu ödəyə bilib. ASC-nin indiyə qədər vergi borcunu tam ödəməməsinin səbəbi məlum deyil.
Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Qeyd edək ki, "Evrascon" 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 manat olan ASC Azərbaycanın baş nazirinın keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Şirkətin qanuni təmsilçisi isə İsmiyev Həmzət İsmayıl-Əfəndiyeviçdir.