Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlu təlim zamanı açılmış atəş nəticəsində vəfat edib.
MilliYol.az xəbər verir ki, əslən Qubanın Əlik kəndindən olan Saleh Xələfovun nəşi bu gün doğulduğu rayona aparılacaq. O, Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq. 19 yaşlı Saleh Xələfova şəhid statusu veriləcək.
Qeyd edək ki, Saleh Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Fakt üzrə cinayət işi başlanıb.
Digər xəbərlər
loading...