Türkiyə Mərkəzi Bankı (TCMB) 2016-cı ildə inflyasiyanın proqnozlaşdırılan 5%-dən 8,53%-ə yüksəlməsi səbəbindən hökumətə "Açıq məktub" göndərib
"Habertürk" xəbər verir ki, baş nazirin müavini Mehmet Şimşəkə göndərilən məktubda TCMB-nin əsas məqsədinin qiymətlərin sabitliyi olduğu bildirilərək bunun üçün bankın əlində olan bütün alətlərdən istifadə ediləcəyi bildirilib.
TCMB inflyasiyanın tənzimlənməsi üçün lazım gələrsə əlavə monetar sərtləşdirmə həyata keçirəcəyini qeyd edib. Bunun üçün bank valyuta bazarında kəskin hərəkətlərin baş verməsinə qarşı likvidlik tədbirlərə əl atacağını vurğulayıb.
"Report"un analitik qrupu TCMB-nin hədəflərini əksər inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının qərarları ilə üst-üstə düşdüyünü bildirir. Belə ki, inkişaf etməkdə olan ölkələr devalvasiyanın qarşısını almaq üçün pul siyasətini sərtləşdirməyə üstünlük verməyə başlayıblar. Bu, faiz dərəcələrinin artırılması və ya likvidliyin, yəni pul kütləsinin azaldılması yolu ilə həyata keçirilir. TCMB-nin seçdiyi yol likvidliyin azaldılması ilə bağlıdır.
Türkiyə istənilən halda ölkədə faizlərin artmasına qarşı olduğunu göstərir. Lakin likvidliyin azaldılması nəticəsində pul qıtlığı yaranacaq, o da pula ödənilən faizin artmasına gətirib çıxaracaq. Bu isə ən azı 2017-ci ildə Türkiyənin iqtisadi artımını əngəlləyəcək.
Qeyd edək ki, Azərbaycan da analoji yolla hərəkət edir. Azərbaycan Mərkəzi Bankı büdcə xərclərinin azaldılması fonunda sterilizasiya əməliyyatlarını artırır və bununla da milli valyutanın ifrat ucuzlaşmasının qarşısını almaq niyyətindədir: "Təbii ki, bununla manatın devalvasiyasının qarşısı alınacaq. Lakin bu il də iqtisadi artıma nail olunması mümkün görünmür. Son 15 ildə sürətli ÜDM və qiymət artımı prosesi bu il sabitləşəcək və 2018-ci ildən daha sağlam iqtisadi artım əldə olunacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...