Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim edən tarixi və memarlıq kəşflərinə ev sahibliyi edir. Bu xəzinələrə Türkiyənin UNESCO-nun Dünya İrs Siyahısına 2023-cü ildə əlavə edilmiş iyirmi birinci maddəsi olan "Anadolu Orta Əsr Taxta Hipostil Məscidləri” daxildir. Marşrutda türk-islam ənənəsinə aid memarlıq tikililəri, o cümlədən 13-cü əsrin sonu və 14-cü əsrin ortaları arasında Anadoluda ucaldılmış, birincisi türklər tərəfindən tikilmiş beş məscid var. Bu maraqlı məscidlər orta əsrlərə aiddir və taxta daxili sütunlar (hipostil tipli) və dövrün estetik anlayışını əks etdirən ornamentlərlə bəzədilib. Gəlin Anadolunun beş fərqli şəhərində və digər diqqətəlayiq bölgələrindəki bu möhtəşəm tikililər haqqında daha çox məlumat əldə edək.
Konya: Beyşehir Eşrefoğlu Məscidi
Marşrut Konyadakı Beyşehir Eşrefoğlu məscidindən başlayır. 12-13-cü əsrlərdə Konya Səlcuqlu türklərinin paytaxtı olub və şəhərdə hələ də o dövrə aid bir çox əsər görmək mümkündür. 1296-1299-cu illər arasında ucaldılan Beyşehir Eşrefoğlu məscidi də onlardan biridir. Səlcuqlu dövrünə aid daş və ağac işlərinin əzəmətini nümayiş etdirən Anadolunun ən böyük taxta məscidi daş, kərpic və rəngli çini işləri də daxil olmaqla bir çox dekorativ sənəti özündə birləşdirən yeganə məsciddir.
Türkiyənin UNESCO-nun Dünya İrsi Saytlarından biri olan və dünyanın ən qədim Neolit dövrü yaşayış məskənləri arasında yer alan Çatalhöyükü ziyarət etməyi unutmayın. Yeni açılan Çatalhöyük Məlumat və Ziyarətçi Mərkəzi ziyarətçilərə məşhur saytın tarixində interaktiv səyahətə çıxmağa imkan verir.
Konyanın məşhur etli ekmekindən, üstünə ədviyyatlı qiymə qoyulmuş xörəkdən dadmadan səyahətinizi tamamlanmış hesab etməyin.
Afyonkarahisar: Ulu Məscidi
Növbəti hədəf Konyanın qonşusu Afyonkarahisardır. Frigiyalılardan Osmanlı İmperatorluğuna qədər sivilizasiyalara ev sahibliyi edən bu tarixi şəhərin ən böyük məscidlərindən biri olan Ulu Məscidi də Səlcuqlular tərəfindən ucaldılıb. Dövrümüzdə ilkin formasını saxlamaqla bərpa edilmiş bina Səlcuqlu memarlığının və ağac emalının mükəmməl nümunəsidir. Beş cərgədə 40 taxta dirəyi olduğu üçün tikili "40 Sütunlu Məscid” kimi də tanınır.
Səfəriniz zamanı Afyonda qaya parçaları və Frigiyalıların izlərini daşıyan qədim xarabalıqların yerləşdiyi Dağlı Frigiya bölgəsini ziyarət edə bilərsiniz. 2015-ci ildə ərazi üç min illik tarixə nəzər salmaqla UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Qastronomiyada UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvü olan Afyonkarahisarda yerli ləzzətlər arasında türk lokumu, sucuk və kaymak var. Bu yerli təamları dadmaq səyahətinizə fərqli bir rəng qatacaq.
Eskişehir: Sivrihisar Ulu Məscidi
Eskişehir tarixi və müasirliyi özündə biləşdirən heyranedici bir bölgədir Eskişehirdəki Sivrihisar Ulu Məscidi Anadolunun ən böyük taxta sütunlu məscidlərindən biridir. 2500 nəfərin ibadət edə bildiyi məsciddə Sivrihisar xalçaçılığının gözəl nümunələrini görmək mümkündür. Məsciddəki 67 sütunun bəzilərində qələm ornamentləri, digərlərində isə Şərqi Roma dövrünə aid sütun başlıqları var. Məscid həm də qoz ağacından hazırlanan və öz növünün ən gözəl nümunələrindən sayılan minbəri ilə məşhurdur.
Eskişehirin Han səmtindəki Yazılıkaya, Qordionun toxunuşunu qızıla çevirdiyi deyilən əfsanəvi kral Midasın adını daşıyan Midas abidəsinə ev sahibliyi edir. Qədim mağaralar və məbədlərlə əhatə olunmuş, təxminən üç min il əvvəl qayaya oyulmuş 17 metr hündürlüyündə möhtəşəm məbədi seyr etməyə dəyər.
Bunlarla yanaşı tarixən Anadolunun buğda anbarı kimi tanınan Eskişehir, ənənəvi olaraq qiymə ilə hazırlanan un məlumatı olan çibörek ilə də tanınır.
Ankara: Ahi Şerafeddin (Arslanhane) Məscidi
Eskişehirdən sürətli qatarla cəmi 1,5 saatlıq məsafədə olan Ankaradakı Ahi Şerafeddin Məscidi sadə görünüşünə baxmayaraq bir memarlıq möcüzəsidir. Səlcuqlu dövrünə aid tikili, məzarın daxili divarındakı qədim mərmər şir heykəli ilə Arslanhane (Aslan Evi) kimi də tanınır. 24 taxta sütunu və mərmər başlıqları olan birmərtəbəli məscid oyma daş və ağacın harmoniyasını nümayiş etdirir.
Kral Midas şəhəri Qordionu və UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Türkiyənin 20-ci mədəni irsidir. Qordion və şəhər ətrafındakı ərazi demək olar ki, 4500 illik davamlı məskunlaşmaya ev sahibliyi etməsi ilə diqqət çəkir. Ankaranın Gölbaşı səmtindəki beş milyon illik Tulumtaş mağarasını da ziyarət etməyə dəyər. Həmçinin son milyon il ərzində inkişafını sürətləndirən mağara kurqanlarında Orta Tunc dövrü, Ellinistik, Roma və Şərqi Roma dövrlərinə aid yaşayış təbəqələrini ehtiva etdiyi üçün arxeoloji əhəmiyyət kəsb edir.
Unutmadan, Türkiyənin paytaxtında olarkən Ankara simidini, dönəri və Çubuk turşusunu dadmağı da tövsiyə.
Kastamonu: Kasaba kəndi Mahmut bəy Məscidi
Kastamonudakı Kasaba Köyü Mahmut Bəy Məscidi Anadolu taxta məscidi yolunda son tikilidir. Candaroğulları bəyliyi dövründə tikilmiş məscid, metal mismar istifadə edilmədən, bənzərsiz üst-üstə düşən quruluşuna görə "Mixsiz Məscid" kimi tanınır. Binanın ən görkəmli xüsusiyyətlərindən biri sənət əsəri olan gözəl tac darvazasıdır. Türkiyədə bu tipli nümunələr çox az olduğu üçün qapı Kastamonu Etnoqrafiya Muzeyində saxlanılır. Məscidi ziyarət etdikdən sonra qapını görmək və Kastamonu mədəniyyəti haqqında daha çox öyrənmək üçün muzeyə baş çəkə bilərsiniz.
Kastamonuda 19-cu əsrin sonu və 20-ci əsrin birinci yarısında tikilmiş tarixi malikanələri və şəhərin arxeoloji zənginliyini ortaya qoyan Arxeologiya Muzeyini ziyarət edə bilər, şəhərdən çıxmazdan əvvəl küncütsüz əzilmiş bayat simitlərdən hazırlanan, sümük suyu və sarımsaqlı qatıqla süfrəyə verilən simit tiridi dada bilərsiniz.
Fotolar
Digər xəbərlər
loading...