Biləsuvar rayonunda 29 yaşlı Adil Əliyevin qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin təfərrüatı məlum olub
Lent.az xəbər verir ki, qardaşı Asim Əliyev tərəfindən güllələnərək öldürülən Adil Əliyev bir neçə ay əvvəl Rusiyadan Azərbaycana qayıdıbmış.
Rusiyada qalmaqla bağlı problemi olan Adil bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən təxminən 3 ay əvvəl Azərbaycana deportasiya edilib.
Məlum hadisənin baş vermə səbəbinə gəlincə, Asim Əliyev dünən günorta saatlarında qonşuluqda yaşayan Şahin Əliyevlə mübahisə edib. Mübahisəyə müdaxilə edən Adil onları sakitləşdirib. Axşam saatlarında Asim evə qayıdarkən yolda Adili görüb. O, yaxınlaşmaqda olan şəxsi qonşusu Şahinə bənzədib və tüfənglə atəş açıb. Güllələr Adilin qarın boşluğuna və çiyninə dəyib və öldürücü olmayıb. Amma Asim Əliyev qaranlıq havada kimi güllələdiyini fərq etmədən onu təpikləməyə başlayıb və ayağı ilə öldürücü zərbələr endirib. Səs-küyə onun qonşusu Şahin Əliyev gəlib və Asim bu dəfə ona atəş açıb. Alın nahiyyəsinə qırma batan Şahinin xəsarəti xoşbəxtlikdən öldürücü olmayıb.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...