Qüsursuz Nitq Psixologiya Mərkəzi ilə Naxçıvan Müəllimlər İnstitutunun qarşılıqlı əməkdaşlığı çərçivəsində Mərkəzin rəhbəri, defektoloq-loqoped Esmira Qafarova, İnklüziv təhsil mütəxəssisi Humay Nəzərli, baş psixoloq- konsultantı Nuriyyə Vidadi qızı və Cavid Əhədov Naxçıvan Müəllimlər İnstitutunda olub, institutun maddi-texniki bazası, Mərkəzlər, Psixologiya labaratoriyası, fənn kabinələri ilə tanış olublar.
Eyni zamanda qısa görüş keçirilib, görüşdə əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.
Tədbir müddətində Qüsursuz NPM-nin əməkdaşları tələbələrin ixtisas üzrə bilikləri bacarıqları istiqamətində pedaqoji və psixoloji biliklərin artırılması, ixtisas yönündə peşəkar mütəxəssis kimi formalaşmasına yaxından dəstək olmaq məqsədilə maraqlı təlim seminar və terapiya texnika nümayiş etdiriblər.
Sonda institut əməkdaşları və tələbələr maraqlı təlim üçün qonaqlara , Qüsursuz Nitq Psixologiya Mərkəzinin əməkdaşları isə qonaqpərvərliyə görə İnstitut Rektoru Azad müəllimə və əməkdaşlara təşəkkürlərini bildirərək, xatirə şəkli çəkiblər.