Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb
"Report" xatırladır ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.
Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb.
Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.
S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.
MilliYol.Az
Digər xəbərlər
loading...