Milli Məclisin plenar iclasında İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənəndən sonra Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsinə keçildi
Deputat Zahid Oruc Azərbaycan və Belarus arasında Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün saxlanılan blogger Lapşinlə bağlı gedən müzakirələrdən danışdı.
“Erməni tərəfi bundan çox narahat olub” - deyən Z.Oruc bildirdi ki, bu kimi səfərləri biz ancaq XİN-in “qara siyahıları” ilə tənzimləyirik.
“Biz Gürcüstan kimi işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməmişik” - deyən deputat təklif etdfi ki, Qarabağa getmək istəyənlərə viza verək: “Qoy, Azərbaycan Qarabağa getmək istəyən insanlara özü viza versin. Azərbaycan tərəfdən gedə bilməyəcəklər, amma Azərbaycandan viza aldıqları üçün Ermənistan da onları Qarabağa buraxmayacaq”.
Z.Oruc "Qafqaz" Universiteti ilə bağlı yaranan problemlərdən də bəhs etdi. Yüksək bal toplayıb, bu ali məktəbə qəbul olunan tələbələrin sonrakı taleyinə diqqət çəkən deputat bildirdi ki, bu kimi məsələləri yerində çözmək üçün Azərbaycanda "Ali təhsil haqqında" Qanunun qəbulu yaxşı olardı.
Z.Oruc özəlləşdirmə prosesi ilə bağlı da təklif verdi. “325 müəssisə özəlləşdirməyə çıxarılmışdı. Bu günlərdə daha 50 müəssisə özəlləşdirməyə təqdim edildi” - deyən deputat vətəndaşlara verilmiş vauçerlərdən də bəhs etdi. O, bildirdi ki, həmin çeklərin özəlləşdirmə prosesində istifadəsi barədə qərarların verilməsi müsbət addım olardı.(Musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...