Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.
MilliYol.az xəbər ki, bu barədə o, “Instagram” hesabında məlumat yayıb. Müğənni hazırda yaxşı olduğunu bildirib:
“Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxardılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım”.
Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və “Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun”, - deyə bildirib.
Həmin görüntüləri təqdim edirik:
Digər xəbərlər
loading...